Rusiyadan Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ - ÖLƏNLƏR VAR

Rusiya ordusu Xarkov vilayətinin Balakleya şəhərini növbəti dəfə hədəfə alıb. 

Olaylar.az xəbər verir ki, yerli hərbi administrasiyanın məlumatına görə, şəhərə endirilən zərbələr nəticəsində ağır itkilər qeydə alınıb.

Hücum zamanı üç nəfər həyatını itirib, həmçinin üçü uşaq olmaqla 10 sakin yaralanıb. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib, bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Balakleyada dağıntıların miqyası araşdırılır, xilasetmə qrupları zərbə endirilən ərazilərdə axtarış işlərini davam etdirir. Rəsmi qurumlar əhaliyə təhlükəli zonalardan uzaq durmaqla bağlı xəbərdarlıq edib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31