18 təyyarə və 1000 nəfər ilə təcili ABŞ-yə yola düşdü

Səudiyyə Ərəbistanını İbrahim Sazişlərinə daxil etməyə ümid edən ABŞ prezidenti Donald Tramp sabah Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşəcək.

Olaylar.az xəbər verir ki, jurnalist Camal Xaşoqqinin 2018-ci ildə öldürülməsindən bəri Salmanın ABŞ-a ilk səfərinin əsas mövzularının F-35 satışı, ABŞ-Səudiyyə Ərəbistanı təhlükəsizlik müqaviləsi və İsrail ilə mümkün normallaşma olacağı gözlənilir.

"Middle East Eye"nin məlumatına görə, ABŞ-yə 18 təyyarə və min nəfərlik nümayəndə heyəti ilə səyahət edən Salmanın Trampdan gözləntiləri ilə bağlı "alış-veriş siyahısı" var. Səudiyyə şahzadəsinin F-35 qırıcı təyyarələrinin satışı, eləcə də iki ölkə arasında hərtərəfli müdafiə müqaviləsi, süni intellekt çipləri və süni intellektlə təchiz olunmuş dronlar barədə müzakirə aparacağı, Trampın isə ölkəsinin ən dəyərli texnologiyalarını və nüvə imkanlarını danışıqlar üçün təklif etməyə hazır olacağı gözlənilir.

Axios-un məlumatına görə, Salmanın Ağ Evə səfərindən əvvəl İsrail ABŞ-a məlumat verib ki, Səudiyyə Ərəbistanına F-35 qırıcı təyyarələrinin satışına qarşı deyil, lakin satışın Ər-Riyadın İsrail ilə münasibətləri normallaşdırması şərti ilə həyata keçirilməsi lazımdır.

Məlumata görə, bir rəsmi bildirib ki, "Türkiyə üçün F-35 tədarükünə qarşı sərt münasibətimizin əksinə olaraq, Səudiyyə Ərəbistanının bu cür silah sistemlərini əldə etməsi bizi - əgər İbrahim Sazişləri çərçivəsində regional təhlükəsizlik əməkdaşlığının bir hissəsidirsə - o qədər də narahat etmir". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31