NATO-nun şərq cinahı Rusiya təhdidi altında – Almaniya müdafiə naziri xəbərdarlıq etdi

Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın hərbi potensialı ilə bağlı yeni və narahatedici açıqlama verib.

Olaylar.az xəbər verir ki, nazir bildirib ki, Moskva ordusunu gözləniləndən daha tez bərpa edərək NATO-nun şərq cinahına qarşı mümkün hücum qabiliyyətini 2029-dan əvvəl də əldə edə bilər.

Pistoriusa Almaniyanın NATO ölkələrində mümkün müharibəyə hazırlaşmaq üçün kifayət qədər vaxtının olub-olmadığı sualı ünvanlanıb. Nazir qeyd edib ki, ekspertlər və kəşfiyyat xidmətləri Rusiyanın nə vaxt yenidən hücum gücü qazanacağını təxmin edə bilirlər.

Onun sözlərinə görə, əvvəllər bu təhlükənin 2029-cu ildən etibarən yarana biləcəyi bildirilirdi:

"Biz daim deyirdik ki, bu, 2029-cu ildən mümkün ola bilər. Amma indi elə fikirlər var ki, bu tarix 2028-ə çəkilə bilər. Hətta bəzi hərbi tarixçilər hesab edir ki, ötən yay sonuncu dinc yay olub".

Eyni zamanda nazir vurğulayıb ki, NATO-nun müdafiə qabiliyyəti şübhə altına alınmamalıdır. Pistorius bildirib ki, Alyans özünü müdafiə etməyə tam qadirdir və ciddi çəkindirici potensiala, o cümlədən nüvə arsenalına malikdir.

Almaniya müdafiə naziri əlavə edib ki, NATO ölkələrinin döyüş qabiliyyətli orduları var, lakin onların daha müasir və güclü şəkildə təchiz olunması vacibdir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31