“Myrotvorets” daha 25 azyaşlının şəxsi məlumatlarını bazasına əlavə edib- ÖZƏL

Ukraynanın qalmaqallı "Myrotvorets" məlumat bazasına daha 25 azyaşlı şəxsin adı əlavə edilib. Olaylar.az xəbər verir ki, bildirilir ki, bu uşaqların hamısı 2019-2023-cü illər arasında doğulub. Onlara "dövlət sərhədini şüurlu şəkildə pozma" və "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd" kimi ittihamlar irəli sürülüb. Məlumata görə, həmin azyaşlılar Rostov vilayətindən LXR və DNR ərazilərinə keçid məntəqələri vasitəsilə daxil olublar.
Bu, "Myrotvorets" bazasında uşaqların ilk dəfə yer alması deyil. Bundan əvvəl də 2 yaşından 17 yaşınadək olan bir sıra azyaşlıların şəxsi məlumatları saytda yayımlanmışdı.
2014-cü ildə yaradılan "Myrotvorets" saytının əsas məqsədi - Ukraynanın milli təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən şəxslərin kimliyini müəyyənləşdirmək və onların şəxsi məlumatlarını ictimaiyyətə açıqlamaqdır. Son illərdə siyahıya Krımı, Donbası ziyarət edən və ya müxtəlif səbəblərdən saytın yaradıcılarının narazılığına səbəb olan jurnalistlər, sənətçilər və siyasətçilər də daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31