Tehran: “ABŞ İranın nüvə obyektlərinə hücumlara görə tam hüquqi məsuliyyət daşıyır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Mehr xəbər agentliyinə danışan İranın hüquqi və beynəlxalq məsələlər üzrə nazir müavini Kazim Qəribabadi bildirib ki, ABŞ İranın nüvə obyektlərinə qarşı təcavüzə görə tam hüquqi məsuliyyət daşıyır. O deyib ki, "snapback" mexanizmi Qərbin gözlədiyi effekti vermədi və İAEA İdarə Heyətində İrana qarşı yeni qətnamə qəbul olunacağı təqdirdə Tehran cavab verəcək.

Qəribabadi əlavə edib ki, üç Avropa ölkəsi diplomatik prosesdəki uğursuzluqlarına görə özlərini İranla dialoqdan kənarlaşdırıblar və bunu Vyanada kompensasiya etməyə çalışırlar. O həmçinin Tehranın İAEA ilə əməkdaşlıq etdiyini, Qahirədə razılaşmanın əldə olunduğunu vurğulayıb.

İranın İAEA ilə əməkdaşlığı yenidən nəzərdən keçirdiyini bildirən Qəribabadi qeyd edib ki, əgər yeni qətnamə qəbul edilərsə, Tehran bu əməkdaşlığa "kökündən yenidən baxacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31