“Repressiv qanunlar ləğv edilməyincə pozitiv dəyişiklik gözləmək mümkün deyil” – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat"ın baş katibinin müavini İrakli Pavlenişvili bildirib ki, Bidzina İvanişvili və onun komandası əsas vətəndaş və siyasi hüquqları məhdudlaşdıran qanun dəyişikliyi ilə Avropa dəyərlərini daha da zədələyir. 

Onun sözlərinə görə, Administrativ Xətalar və Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı ATƏT/DTİHB-nin tənqidi rəyi tam gözlənilən idi.

Pavlenişvili qeyd edib ki, ifadə azadlığının məhdudlaşdırılması heç bir halda Avropa normalarına uyğun hesab oluna bilməz və beynəlxalq institutların reaksiyası təbiidir. O vurğulayıb ki, ölkənin Avropa inteqrasiyası və irəliləyişi üçün yeganə yol "repressiv qanunvericiliyin ləğvi" və "avtoritar rejimin demontajıdır". 

Pavlenişvili əlavə edib ki, hazırkı hakimiyyətdən pozitiv gözlənti yoxdur, çünki İvanişvili uzun müddətdir Avropa yolunu əngəlləyən addımlar atır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31