Britaniya miqrantlar üçün yaşayış şərtlərini SƏRTLƏŞDİRİR

Böyük Britaniya hökuməti sənədsiz miqrantların ölkədə daimi qalması üçün gözləmə müddətini dörd dəfə artıraraq 20 ilə çatdırmağı planlaşdırır.

Bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud BBC-yə açıqlama verib.

Nazir bildirib ki, bu yeni islahat qaçqınlara verilən sığınacağın tez bir zamanda daimi yaşayışa səbəb ola biləcəyinə dair mövcud fərziyyəni dəyişdirəcək:

"Biz sistemi hər iki ildən bir qiymətləndirmə aparılan daha uzunmüddətli, müvəqqəti əsaslı formata keçirməyi planlaşdırırıq".

Şabana Mahmud əlavə edib ki, əgər qaçqının mənşə ölkəsi bu müddət ərzində geri dönmək üçün təhlükəsiz hesab olunarsa, həmin şəxslər deportasiya ediləcək. O, bu dəyişikliyi "müasir tarixdə ən əhəmiyyətli immiqrasiya islahatı" adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31