Film kimi OLAY: İllərlə evdə qulluqçu kimi çalışan qız milyonçu imiş
16:19 DünyaHonkonqda bir ailədə çalışan 20 yaşlı indoneziyalı xidmətçi ev sahiblərini şoka salıb. Məlum olub ki, o, əslində varlı bir ailənin övladıdır və gizli milyonçudur.
Musavat.com xəbər verir ki, bu barədə "Mothership" nəşri yazıb.
Məlumatda bildirilir ki, bir neçə il əvvəl əcnəbi qadın ailədə xidmətçi kimi işlə başlayıb. O, bu yaxınlarda öz ölkəsində evlənməyi planlaşdırdığı üçün müqaviləsinə vaxtından əvvəl xitam verilməsini xahiş edib.
Ev sahibləri əvvəlcə onun evlilik fırıldağının qurbanı ola biləcəyindən narahat olublar. Lakin qız izah edib ki, nişanlısı ilə uzun müddətdir münasibətdədir və həmin şəxs onu maddi cəhətdən dəstəkləyib.
Sonradan məlum olub ki, xidmətçi qız İndoneziyada böyük sərvətə sahib olan ailədəndir və onun ailəsinin ferma, qəhvə və paxlalı bitki plantasiyaları var.
O, real həyatı yaşamaq üçün qulluqçu kimi işləməyə qərar verdiyini deyib.