Yüz minlərlə şəxs sosial yardımdan kənarlaşdırılacaq

Milyonlarla ABŞ vətəndaşı qarşıdakı aylarda ölkənin ən böyük Əlavə Qidalanma Yardımı Proqramından (SNAP) kənarlaşdırıla bilər.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın "Politico" nəşri yayıb. Qəzetin məlumatına görə, ABŞ Kənd təsərrüfatı naziri Bruk Rollins nazirlik işçilərinə hökumətin qismən bağlanması dövründə iyul ayı xərcləmə qanun layihəsinin tətbiqini davam etdirməyi tapşırıb ki, bu da milyonlarla amerikalını qarşıdakı aylarda SNAP-dan kənarlaşdıra bilər. "Politico" qeyd edir ki, proqram təxminən 42 milyon insana gündə orta hesabla 6 dollar təmin edir ki, bunların təxminən 40 faizi uşaqlardır.

Qeyri-kommersiya təşkilatı olan İvrit İmmiqrantlara Yardım Cəmiyyəti Əlavə Qidalanma Yardımı Proqramında dəyişikliklərin təxminən 250.000 qaçqın və digər humanitar viza sahibləri üçün müavinətlərin azaldılmasına səbəb olacağını təxmin edir.

"Politico"nun hesabatında qeyd olunur ki, amerikalıların SNAP-dan kənarlaşdırılması onilliklər ərzində sosial yardımın ən kəskin azaldılması olacaq. Qəzet qeyd edir ki, yeni qanuna görə, uşaqlı ailələr və yaşlı amerikalılar "daha sərt iş tələblərinə" cavab verməli olacaqlar və nəticədə ştatlar SNAP müavinətlərinin xərclərinin bir hissəsini öz üzərlərinə götürməyə məcbur olacaqlar. Proqram iştirakçılarının artıq yeni tələblər barədə bildirişlər almağa başladığı bildirilir. Əgər onlar üç ay ərzində bu tələbləri yerinə yetirməsələr, müavinət almaq hüquqlarını tamamilə itirəcəklər.

Daha əvvəl ABŞ Apelyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının noyabr ayında bağlanma səbəbindən ehtiyacı olan amerikalılara ərzaq yardımını dayandırmasını qadağan etmişdi. Bununla da məhkəmə əvvəllər Əlavə Qidalanma Yardımı Proqramını maliyyələşdirmək üçün 9 milyard dollara qədər əlavə vəsaitin istifadəsini əmr edən aşağı instansiya məhkəməsi olan Rod-Aylend Rayon Məhkəməsinin qərarını qüvvədə saxlyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31