“Priqojin sağdır” – Vaqner döyüşçüsündən sensasion iddia interneti qarışdırdı

Olaylar xəbər verir ki, internet məkanında Yevgeni Priqojinlə bağlı yeni və sensasion iddia yayılıb. Özünü "Vaqnerin keçmiş döyüşçüsü" kimi təqdim edən şəxs paylaşdığı açıqlamada bildirib ki, 2023-cü ilin avqustun 22-də qəzaya uğrayan təyyarədə Priqojin ümumiyyətlə olmayıb.

Onun sözlərinə görə, Priqojin həmin gün başqa marşrut üzrə hərəkətdə olub və Afrikada xüsusi missiya çərçivəsində "dövlət adından" fəaliyyətini davam etdirir:

"Priqojin sağdır. O vaxt təyyarədə yox idi. Hazırda Afrikadadır. Bizimlə də əlaqə saxlayır", - iddia sahibi qeyd edib.

İnternet məkanında yayılan məlumatda həmin şəxsin "Priqojinlə rabitə saxladığını", hətta "onun öz səsi və ya videosu ilə sübutların mövcud olduğunu" iddia etdiyi bildirilir. Lakin səsləndirilən bu sözlərə dair heç bir müstəqil təsdiq yoxdur.

Xatırladaq ki, Rusiya rəsmiləri 2023-cü ilin 23 avqustunda Tver bölgəsində qəzaya uğrayan "Embraer" tipli biznes-jetdə Priqojinin də olduğunu bəyan etmiş, daha sonra Araşdırma Komitəsi genetik identifikasiya nəticələrinin uyğun gəldiyini elan etmişdi.

Bununla belə, sosial şəbəkələrdə bu qəzanın "səhnələşdirildiyi", Priqojinin isə Afrika ölkələrində gizli missiya yerinə yetirdiyi barədə nəzəriyyələr vaxtaşırı yenidən gündəmə gəlir. Son paylaşılan "Vaqnerçi açıqlaması" isə bu mübahisələri yenidən alovlandırıb.

Hazırda rəsmi qurumlardan bu iddiaya hər hansı reaksiya verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31