İrandan ABŞ-a XƏBƏRDARLIQ:beynəlxalq hüquqa ziddir...
11:25 Dünyaİran ABŞ-nin Karib dənizi və Latın Amerikasında artan hərbi əməliyyatlarına kəskin etiraz edib.
Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Vaşinqtonun bu cür aktivliyi "beynəlxalq sülh üçün real təhlükə" yaradır və regionda gərginliyi daha da alovlandırır.
Bəqayi ABŞ-dən Venesuelanın suverenliyinə hörmət tələb edərək xəbərdarlıq edib:
"Karib dənizi ABŞ-nin güc nümayiş etdirdiyi arenaya çevrilə bilməz. Bu siyasət regionu qarşıdurmaya sürükləyir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin son əməliyyatları yalnız Venesuelaya təzyiq deyil, bütövlükdə Latın Amerikası üçün destabilizasiya siqnalıdır. İran rəsmisi bildirib ki, Vaşinqtonun hərbi fəallığı beynəlxalq hüquqa ziddir və bölgədə təhlükəli presedent yaradır.
Tehran hesab edir ki, ABŞ-nin addımları Karib dənizini "geosiyasi qarşıdurma zonası"na çevirir və bunun nəticələri qlobal miqyasda hiss oluna bilər.