Tehran sərtləşir: Məcburi hicaba qarşı çıxanlara qarşı yeni repressiya dalğası gəlir

İran Məhkəmə-Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ejei ölkədə məcburi hicab qaydalarına qarşı çıxanlara yönəlik təzyiqlərin daha da gücləndiriləcəyini açıqlayıb.

Olaylar.az-ın məlumatına görə Ejei bildirib ki, ölkə prokurorlara xüsusi göstəriş verilib: "Sosial anomaliya" kimi təqdim edilən fəaliyyətlərdə "mütəşəkkil və xarici əlaqəli" tendensiyalar dərhal müəyyən edilməli və məhkəmə sisteminə təqdim olunmalıdır.

O, hicab qaydalarının pozulmasını "düşmənlərin təxribatı" adlandıraraq kiber məkanın da bu prosesdə əsas rol oynadığını deyib. Ejei həm rəsmiləri, həm də ictimaiyyət nümayəndələrini xəbərdar edərək bildirib:

"Düşmənin çəmənində oynamaq olmaz. Sosial məsələlərin şişirdilməsi təhlükəli nəticələrə gətirib çıxara bilər".

Analitiklər hesab edir ki, bu bəyanat İranda məcburi hicaba qarşı etirazların yenidən güclənməsi fonunda hökumətin daha sərt xəttə keçdiyini göstərir. Eyni zamanda yenidən aksiyaların baş verməsi də istisna deyil.  (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31