Venesuela liderindən sərt xəbərdarlıq: “ABŞ xalqı, Trampın müharibəsini dayandırın"

Venesuela prezidenti Nikolas Madurо ABŞ vətəndaşlarına birbaşa müraciət edərək Donald Trampın siyasətini dayandırmağa çağırıb.

Olaylar.az-ın məlumatına görə Maduro bəyan edib ki, Trampın Cənubi Amerika və Karib hövzəsində "bombardıman, qətl və müharibə hədələri" region üçün ciddi təhlükə yaradır.

"ABŞ xalqına müraciət edirəm: bu dəli qərarları dayandırın. Müharibəni dayandırın - müharibəyə yox! Amerika üçün fəlakətin qarşısını almaqda həlledici rol məhz ABŞ xalqının üzərinə düşür", - deyə o bildirib.

Prezident regionda genişmiqyaslı münaqişənin qarşısını almağın yalnız ictimai təzyiq və birgə səylərlə mümkün olduğunu vurğulayıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31