Rusiya iddia edir: Bir gecədə 64 Ukrayna dronu vuruldu

Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb ki, ötən gecə hava hücumundan müdafiə sistemləri ümumilikdə 64 Ukrayna PUA-sını məhv edib. 

Olaylar.az xəbər verir ki, nazirliyin məlumatına görə, dronların bir qismi Ryazan və Rostovvilayətləri üzərində, digərləri isə Tambov, Voronej, Belqorod, Saratov, Lipetsk, Tula, Samara bölgələri və Tatarıstanərazisində vurulub.

Moskva tərəfi hücumların genişmiqyaslı olduğunu iddia edir, lakin Ukrayna tərəfi hələlik məlumatı təsdiqləməyib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31