Google vasitəsilə avtorizasiya üçün cərimələr yalnız sayt sahiblərinə şamil ediləcək - ÖZƏL

Google vasitəsilə saytlar üzərindən avtorizasiya üçün tətbiq olunacaq cərimələr adi istifadəçiləri əhatə etməyəcək.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, texnologiyalar və rabitə komitəsinin birinci sədr müavini Anton Qorelkin məlumat verib.

"Adi internet istifadəçiləri bundan təsirlənməyəcək", - deyə o, özünün Telegram kanalında bildirib.

Qeyd edək ki, əvvəllər Dövlət Dumasının deputatı Dmitri Qusev RT ilə müsahibəsində süni intellekt vasitəsilə yaradılan videoların markalanması ilə bağlı layihənin təfərrüatlarını açıqlamışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31