Aİ Rusiyaya təzyiqi artırır: Yeni sanksiya paketi hazırlanır - ÖZƏL
18:56 DünyaAvropa İttifaqı yaxın həftələrdə Rusiya əleyhinə əlavə sanksiya paketi hazırlayacaq.
Olaylar xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Kipr prezidenti Nikos Xristodulidis ilə birgə mətbuat konfransında bildirib.
"Biz Avropa İttifaqında yaxın həftələr üçün daha bir sanksiya paketi hazırlayacağıq və Rusiyaya qarşı təzyiqimizi azaltmayacağıq", - deyə o, qeyd edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Vaşinqtonun Moskva əleyhinə yeni sanksiyalar tətbiq etmək imkanları tükənmək üzrədir.
Avropa Komissiyası isə Rusiyaya qarşı 20-ci sanksiya paketinin hazırlanması ilə bağlı konkret vaxtın müəyyən edilmədiyini açıqlayıb.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31