Britaniya “Lukoil”in Bolqarıstandakı iki şirkətinə tətbiq edilən sanksiyaları ləğv etdi- ÖZƏL
16:39 DünyaBöyük Britaniya Rusiyanın "Lukoil" şirkətinin Bolqarıstanda fəaliyyət göstərən iki törəmə müəssisəsini sanksiya siyahısından çıxarıb. Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi tərəfindən yayılan ümumi lisenziyada bildirilir. Məlumata görə, sanksiyalardan azad edilən şirkətlər "Lukoil Bulgaria" və "Lukoil Neftochim Burgas"dır.
Ümumi lisenziyanın qüvvədə qalma müddəti 14 fevral 2026-cı ilədək müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31