Hindistanın cənubunda ölkənin hərbi hava qüvvələrinə aid təlim təyyarəsi qəzaya uğrayıb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "Pilatus PC-7" təyyarəsi təlim uçuşu zamanı Çennay şəhərinin rayonlarından birində yerə çırpılıb.
Pilot vaxtında katapult edərək sağ qalıb.