Polşa Belarusla sərhəddə iki keçid məntəqəsini yenidən açır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk təsdiqləyib ki, ölkə gələn həftənin əvvəlində Belarusla sərhəddə iki keçid məntəqəsinin fəaliyyətini bərpa edəcək. Tuskun sözlərinə görə, söhbət hazırda bağlı olan və bölgədə nəqliyyat axınının tənzimlənməsi baxımından vacib hesab edilən keçid məntəqələrindən gedir. Baş nazir bildirib ki, qərar təhlükəsizlik məsələləri nəzərə alınaraq qəbul edilib və hazırda bütün texniki prosedurlar yekun mərhələyə çatdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31