Kiberhücumlar Almaniyaya 200 milyard avrodan çox ziyan vurub
15:24 DünyaAlmaniya kibertəhlükəsizlik mütəxəssislərinin ciddi çatışmazlığı ilə üzləşir. "Strategy&" şirkətinin araşdırmasına görə, 2024-cü ildə kiberhücumlar nəticəsində ölkəyə rekord 202,4 milyard avro həcmində ziyan dəyib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"PwC"nin qlobal biznes bölməsi olan "Strategy&" tərəfindən aparılan araşdırmaya əsasən, ölkədə artan hücumların qarşısını almaq üçün kifayət qədər kibertəhlükəsizlik mütəxəssisi yoxdur və bu, rekord səviyyədə iqtisadi itkilərə səbəb olub.
Sorğuda iştirak edən qurumların 10-dan 9-u mütəxəssis çatışmazlığı ilə üzləşdiklərini qeyd edib.
"Təkcə ötən il Almaniyanın Hava Nəqliyyatına Nəzarət Xidməti, Federal Statistika İdarəsi və Şərqi Avropa Araşdırmaları Cəmiyyəti xaricdən edilən kiberhücumların hədəfinə çevrilib," - deyə "Strategy&" şirkətinin tərəfdaşı və araşdırmanın müəllifi Lukas Si bildirib.
"Əgər Almaniyanın rəqəmsal dayanıqlığını təmin etmək istəyiriksə, indi hərəkətə keçməli və bütün imkanlardan istifadə etməliyik", - məlumatda əlavə olunub.