Paşinyanın "təsir agentləri" iddiaları gərginliyi artırır – ÖZƏL
14:53 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Baş Naziri Nikol Paşinyanın müxtəlif siyasi qüvvələri dəfələrlə "təsir agentləri" adlandırması ölkədə siyasi gərginliyi artırıb.
Müxalifət nümayəndəsi, "Ermənistan" blokundan olan deputat Artur Xaçatryan noyabrın 14-də Milli Məclisdə keçirilən brifinqdə çıxışı zamanı bu mövzuya toxunub.
Deputat bildirib ki, Baş nazir 5-6 ildir ki, mütəmadi olaraq bu cür iddialarla çıxış edir. Lakin bu iddialarla bağlı hüquq-mühafizə orqanlarına göndərilən sorğular cavabsız qalır.
"Ya Nikol Paşinyan bu chr("39")təsir agentlərininchr("39") kim olduğunu aydınlaşdıraraq sözlərini məhkəmədə müdafiə etməlidir, ya da hüquq-mühafizə orqanları həmin şəxslərin ardınca xüsusi bölmələr göndərməlidir," - deyə Xaçatryan tələb edib.
Artur Xaçatryan, Paşinyanın gec-tez bəzi partiyaları qadağan edəcəyini də istisna etməyib.
"Axı o başa düşür ki, dürüst mübarizədə mütləq hakimiyyəti itirəcək," - deyə müxalifətçi qeyd edib.