Bin Salman ABŞ-dan “hərbi təminat” tələb edir – Qətər presedenti işə düşür
14:14 DünyaSəudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman yaxın günlərdə Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampdan Qətərə verilənə bənzər təhlükəsizlik zəmanəti almağa çalışır.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, sentyabrda Tramp bir fərman imzalayıb və həmin sənədə görə, ABŞ Qətərə edilən hər hansı silahlı hücumu birbaşa öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirməyə hazırlaşır. Belə halda Vaşinqton diplomatik, iqtisadi və lazım gələrsə, hərbi tədbirlər görəcəyini bəyan edib.
Mənbələrin sözlərinə görə, Riyad da oxşar zəmanət almağa ümid edir. Səudiyyə Ərəbistanı həmçinin ABŞ-dan F-35 qırıcıları əldə etmək istəyir və Bloomberg yazır ki, Tramp satışa yaşıl işıq yandıra bilər.
Vəliəhd şahzadə 18 noyabrda - 2018-ci ildən bəri ilk dəfə - Vaşinqtona səfər edəcək.