Polşa noyabrın 17-də Belarus sərhədində iki keçid məntəqəsini açmaq niyyətindədir- ÖZƏL
12:35 DünyaPolşa Daxili İşlər Nazirliyi noyabrın 17-dən etibarən Belarusla sərhəddə əvvəlki illərdə bağlanmış iki keçid məntəqəsini - Bobrovnik və Kuznitsa yenidən açmaq layihəsini hazırlayıb. Olaylar.az xəbər verir ki, məlumat Polşa Hökumətinin Qanunvericilik Mərkəzinin saytında yerləşdirilib. Sənəd hələ hökumət səviyyəsində təsdiqini gözləyir və nazir tərəfindən imzalanmayıb. Layihə təsdiqləndiyi təqdirdə, Bobrovnik keçid məntəqəsi həm sərnişin, həm də yük nəqliyyatını qəbul edəcək (yük nəqliyyatı yalnız AB ölkələri və İsveçrədən gələn üçün), Kuznitsa məntəqəsi isə yalnız sərnişin nəqliyyatına xidmət göstərəcək. Qeyd edək ki, 28 oktyabrda Polşa Baş naziri Donald Tusk noyabr ayında Bobrovnik və Kuznitsa keçid məntəqələrinin açılacağını açıqlamış, lakin bu qərarı Litva ilə koordinasiya tələb olunduğu üçün bir qədər təxirə salmışdı.