Paşinyandan mühüm açıqlama: “Ermənistan bu gündən Türkiyə–Azərbaycan yük tranzitini təmin etməyə hazırdır"

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi artıq Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə tam hazırdır.

Olaylar.az-ın məlumatına görə Paşinyan "Dünyanın kəsişmə nöqtəsi: regional kommunikasiyaların inkişafı" adlı konfransdakı çıxışında bildirib:

"Ermənistan bu gün artıq Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana, eləcə də geriyə tranziti təmin edə bilər. Biz bunu təklif edirik, çünki artıq tam hazırıq".

Baş nazir həmçinin vurğulayıb ki, TRIPP layihəsi çərçivəsində birgə erməni-amerikan şirkəti yaradılacaq və bu qurumda strateji məsələlər üzrə həlledici söz Ermənistana məxsus olacaq.

Ekspertlərə görə, Paşinyanın bu çıxışı regionda kommunikasiya marşrutlarının açılması ilə bağlı yeni siyasi mesaj kimi qiymətləndirilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31