Vens: "Hələlik, nə mənim, nə də Rubionun prezidentliyə namizəd olmaq hüququ yoxdur" – ÖZƏL
10:29 DünyaABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, hələlik nə onun, nə də Dövlət katibi Marko Rubionun Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti vəzifəsinə namizəd olmaq hüququ yoxdur.
Olaylar.az xəbər verir ki, Vens bu barədə Fox News telekanalına müsahibəsində deyib.
Vitse-prezident qeyd edib ki, əgər onların hər hansı biri namizədliyini irəli sürsə belə, bu, hələ çox tez olacaq və "nə mənim, nə də onun buna haqqı var".
Vens, Rubionu öz rəqibi hesab etməyin gülünc olduğunu deyib və onu həmkarı adlandırıb.
O, hazırda bütün diqqətini işinə cəmlədiyini və Vaşinqtondakı hazırkı respublikaçı çoxluğun 2026-cı il aralıq seçkilərinə qədər proqramlarını həyata keçirmək üçün bir ildən çox vaxtı olduğunu vurğulayıb.
Siyasətçi respublikaçıların aralıq seçkilərdə qələbə qazanmaq üçün hər şeyi edəcəyini qeyd edib. Vens prezidentliyə namizədlər məsələsinin hazırkı dövlət başçısı Donald Trampla müzakirə ediləcəyini də bildirib.
Ötən ilin oktyabr ayında Tramp özünün mümkün varisi barədə danışarkən Vensi - "o, əladır" - və Marko Rubionu qeyd etmişdi. Respublikaçı əminliyini ifadə edib ki, heç kim bu iki namizədlə rəqabət aparmaq istəməyəcək.