Rusiyanın yanacaq sistemi çökdü: Kreml gizli ehtiyatları işə saldı

Musavat.com xəbər verir ki, Reuters agentliyi Rusiyanın neft emalı sektorunda Ukraynanın intensiv zərbələrindən sonra yaranmış vəziyyətlə bağlı yeni məlumatlar yayıb.

Agentliyin məlumatına görə, avqustdan oktyabra qədər Ukraynanın hücumları nəticəsində Rusiyanın ümumi neft emalı gücünün 20%-i sıradan çıxıb. Buna baxmayaraq, ölkədə neftin emalı həcmi cəmi 3% azalaraq 5,2 milyon barel/gün səviyyəsinə düşüb.

Mənbələr bunu belə izah edir: hücumlardan əvvəl Rusiya neftayırma zavodları öz potensiallarından xeyli aşağı gücdə işləyirmiş. Zərbələrin təsirini azaltmaq üçün Moskva ehtiyat blokları işə salıb - həm zərər görmüş zavodlarda, həm də hələ hədəfə alınmamış müəssisələrdə.

Bundan başqa, bəzi zavodlar təmir işlərindən sonra fəaliyyətini bərpa edib.

Ekspertlər Rusiya rəhbərliyinin bu addımını enerji sektorunda panika görüntüsünü gizlətmək və daxili bazarı sabit saxlamaq cəhdi kimi qiymətləndirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31