18 illik dəhşət: ana evində qızının cəsədini saxlayıb, digər qızını onunla bir yataqda yatmağa məcbur edib

Ukraynanın Donetsk vilayətinin Konstantinovka şəhərində 58 yaşlı qadına qarşı 18 il ərzində mənzildə mumiyalaşmış vəziyyətdə saxlanılan qızının cəsədi ilə bağlı rəsmi ittiham irəli sürülüb.

Olaylar.az xəbər verir ki, prokurorluğun məlumatına görə, qadına uşağa qarşı öhdəliklərin yerinə yetirilməməsi və ölü bədənə qarşı təhqiredici rəftar maddələri ilə ittiham elan olunub (Ukrayna CM - 166 və 297-ci maddə).

İstintaqın açıqladığı dəhşətli təfərrüatlar aşağıdakı kimidir:

Qadın illərlə iki qızına baxmayıb, onları ac-susuz, xəstə və yararsız şəraitdə saxlayıb. Uşaqlar işıqsız, istiliksiz, antigigiyenik bir mənzildə yaşamağa məcbur qalıblar. Kiçik qızı dilənməyə və qəbiristanlıqdan yemək yığmağa məcbur edib, imtina etdikdə cəzalandıracağı ilə hədələyib.

2006-cı ildə ananın 22 yaşlı qızı vəfat edib. Qadın nə həkimlərə, nə də polisə məlumat verib;

Kiçik qızına isə "bacın yatır, tezliklə oyanacaq" deyərək onu bir neçə gün bacısının cəsədi ilə bir yataqda yatmağa məcbur edib.

Ana cəsədi yuyub, paltarını dəyişib, bu hadisəni digər qızına kiməsə danışmağı qəti şəkildə qadağan edib.

Hadisənin fövqəladə tərəfi - qız 19 yaşına çatdıqdan sonra evdən qaçıb və başqa şəhərdə yeni həyat qurmağa çalışıb. Yalnız 2025-ci ildə o, vəkillərə müraciət edərək yaşadığı dəhşətləri danışıb. Bundan sonra polis məlumat əldə edib və mənzilə baxış keçirib.

Hüquq-mühafizə orqanları mənzildə təxminən 18 il saxlanılan mumiyalaşmış cəsədi aşkar edib.

İstintaq davam edir, hadisə Ukraynada geniş rezonans doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31