Türkiyədə daha bir zəlzələ oldu

Mərmərə dənizinin Silivri sahillərində 3,4 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, zəlzələ bütün İstanbulda hiss olunub.

Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) Mərmərə dənizinin Silivri sahillərində 3,4 bal gücündə zəlzələ baş verdiyini bildirib. Saat 11:57-də baş verən zəlzələ 14,2 kilometr dərinlikdə olub.

Qeyd edək ki, bu gün səhər saat 6:16-da 4,7 bal gücündə zəlzələ ardınca səhər saat 6:20 və 6:21-də 4,2 bal gücündə daha bir zəlzələ baş verib.

2025-ci il avqustun 8-dən noyabrın 13-dək bölgədə ümumilikdə 17.000 zəlzələ qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31