İranın keçmiş prezidenti: Vəziyyət yaxşı deyil
13 Noyabr 2025 13:58 Dünya"(İsraillə) 12 günlük müharibədən sonra xalqın minnətdarlığını qazanmaq üçün daha çox imkanlar yaradılacağı gözlənilirdi, amma bu sahələrin heç birində vəziyyət pisləşməsə də, yaxşılaşmayıb da".
Olaylar.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Məhəmməd Xatəmi deyib.
"Çoxsaylı siyasətçilər, media nümayəndələri, fikir adamları və nüfuzlu şəxslərin çağırılması, məhkəməyə verilməsi halları artıb. Təhlükəsizlik qurumlarının həddindən artıq nəzarəti və müdaxiləsi təkcə hökumət sahələrinə deyil, həm də xalq və adi, qeyri-dövlət təşkilatlarına problemlər yaradır, hökumətin gözlənilən xidmətlərini həyata keçirməsinə mane olur", - sabiq prezident bildirib. (teleqraf)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31