Putin Rusiya və Qazaxıstan xalqlarının dostluğu və rifahı naminə badə qaldırıb - ÖZƏL
19:29 DünyaRusiya Prezidenti Vladimir Putin, Qazaxıstan lideri Kasım-Jomart Tokayevin səfəri münasibətilə keçirilən rəsmi qəbulda iki xalqın dostluğu və rifahı naminə badə qaldırmağı təklif edib.
Olaylar xəbər verir ki, Putin çıxışında belə deyib:
"Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi naminə badə qaldırmaq istəyirəm."
Qeyd edək ki, bundan öncə Putin və Tokayev iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəldilməsini nəzərdə tutan bəyannamə imzalayıblar.
Tokayevin sözlərinə görə, Qazaxıstan və Rusiya xalqları arasındakı dostluq tarixi və taleyin diktə etdiyi bir bağlılıqdır.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31