Fransanın şərqindəki Müluz şəhərində tank karvanının üzərində naməlum dron aşkar edilib - ÖZƏL

Fransanın şərqində yerləşən Müluz şəhərində 12 noyabr gecəsi tank kolonunun üzərindən uçan naməlum dron müşahidə olunub.

Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Müluz dəmir yolu stansiyasının mühafizəçisi obyektin yaxınlığında uçan dronu gördükdən sonra həyəcan siqnalı verib.

Bundan əvvəl Belçika rəhbərliyi naməlum pilotsuz uçuş aparatlarının aktivliyi ilə bağlı NATO Nizamnaməsinin 4-cü maddəsinin tətbiqini nəzərdən keçirdiyini açıqlamışdı.

Qeyd edək ki, 4 noyabrda Belçikanın hava məkanı dronların aşkar edilməsi ilə bağlı məlumatlar səbəbindən müvəqqəti bağlanmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31