Kallas: “Dron divarı” layihəsi bütün Avropanı əhatə edəcək- ÖZƏL
16:00 DünyaAvropa İttifaqının Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas bildirib ki, əvvəlcə yalnız Aİ-nin şərq ölkələri üçün nəzərdə tutulan "dron divarı" layihəsi artıq bütün Avropanı əhatə edəcək şəkildə genişləndirilib. Olaylar.az xəbər verir ki, o, bunu Yunanıstanın Kathimerini qəzetinə verdiyi müsahibədə deyib. Kallasın sözlərinə görə, Aİ müdafiə yol xəritəsi ilə bağlı müdafiə nazirləri ilə aparılan müzakirələr zamanı dörd əsas müdafiə layihəsi müəyyən edilib:
"Lakin burada heç bir məhdudiyyət yoxdur. Məhz buna görə də əvvəlcə yalnız şərq flangı üçün planlaşdırılan dronlara qarşı divar bu gün bütün Avropanı əhatə edir. Çünki dronlar hər region üçün təhlükə yaradır, kommersiya uçuşlarına mane olur və Avropa aeroportlarında ciddi problemlər doğurur".
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis isə oktyabrın sonunda Sloveniya keçirilən Aralıq dənizi ölkələri liderlərinin görüşündə vurğulamışdı ki, Aİ-yə təhlükələr təkcə şərqdən deyil, cənub istiqamətindən də gəlir. Onun sözlərinə görə, Avropa İttifaqı üzv ölkələrin xarici sərhədlərini qorumaq üçün kifayət qədər müdafiə imkanlarına malik olmalıdır.
"Dron divarı" layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür. Layihə Rusiya ilə sərhəd boyunca pilotsuz uçan aparatlardan müdafiə üçün çoxlayihəli monitorinq və avtomatlaşdırılmış müdafiə sisteminin qurulmasını nəzərdə tutur. Hazırda layihə işlənmə və prototiplərin seçilməsi mərhələsindədir.