C-130 təyyarəsinə xarici müdaxilə… – İlkin hesabat yayıldı

Gürcüstanda C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilk hesabat dərc olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İlkin araşdırma nəticəsində təyyarədə partlayış və ya xarici müdaxilə izinə rast gəlinməyib", - materialda qeyd edilib.

Xatırladaq ki, 20 hərbçinin olduğu təyyarə Azərbaycandan Türkiyəyə uçmaq üçün havaya qalxdıqdan az sonra Gürcüstanda qəzaya uğrayıb. Hadisə ilə bağlı ətraflı texniki araşdırma davam edir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31