Rusiyadan Türkiyə təyyarəsinin vurulması iddiasına REAKSİYA
15:21 DünyaTürkiyə Hərbi Hava Qüvvələrinə (THK) məxsus C-130 tipli hərbi yük təyyarəsi dünən qəzaya uğrayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarənin kokpit və quyruq hissəsinin qopduğu əks olunub.
Olaylar.az xəbər verir ki, hadisədən sonra Rusiyanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı mesajı yayıb.
Mesajın altına isə bir çox istifadəçi şərh yazıb. Səfirlikhadisə ilə bağlı Rusiyanı günahlandıran paylaşımlara tək-tək cavab verib.
"Təyyarəni Rusiya vurdu" iddialarına cavab olaraq bir istifadəçiyə səfirlik belə yazıb: "Bu fikir ağlınıza necə gəldi?"
"Heç kim axmaq deyil, xəritəni bilirik" sözlərinə cavabolaraq səfirlik C-130 təyyarəsinin qəzaya uğradığı nöqtəni paylaşaraq, bunun Rusiyadan asılı olmadığını bildirib.
Sonda səfirlik bənzər iddia irəli sürən başqa bir istifadəçiyə belə cavab verib:
"Biz sizin düşməniniz deyilik. Rusiya-Türkiyəmünasibətlərini inkişaf etdirməyə çalışırıq". (Globalinfo)