Litva: Belarus litvalı yük maşınları üçün evakuasiya dəhlizi açmaqdan imtina edib- ÖZƏL
14:59 DünyaLitva hökuməti bəyan edib ki, Belarusda qalan litvalı yük maşınlarının geri qaytarılması üçün təklif olunan "evakuasiya dəhlizinin" açılması ilə bağlı Minsk razılıq verməyib. Olaylar.az xəbər verir ki, bu barədə Litvanın Baş nazirinin müşaviri İqnas Dobrovolskas jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Belarus sərhəd xidməti Litvanın müraciətinə mənfi cavab göndərib və sərhəddən keçidə icazə verilməyib. Dobrovolskas bildirib ki, Litvanın və Aİ ölkələrinin daşıyıcıları üçün sərhəd açıqdır, lakin vəziyyəti gərginləşdirən Belarus tərəfidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31