“London bizi dinləmək istəmədi”-Peskov Britaniya ilə gizli dialoqu təsdiqlədi
14:39 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ilk dəfə olaraq Britaniyanın Baş naziri Starmerin milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin 2025-ci ilin əvvəlində Rusiya liderinin köməkçisi Yuri Uşakovla əlaqə saxladığını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, Peskovun sözlərinə görə, bu dialoq Londondakı siyasi iradə çatışmazlığı səbəbindən davam etdirilməyib:
"Həmin təmas zamanı britaniyalı tərəfdaş Avropanın mövqeyini çatdırmaqda çox israrlı idi, lakin bizim fikirlərimizi dinləməyə maraq göstərmirdi. Qarşılıqlı fikir mübadiləsi mümkün olmayanda, təbii ki, dialoq da inkişaf edə bilmir," - deyə Peskov bildirib.
Kreml nümayəndəsinin bu açıqlaması Qərb-Rusiya münasibətlərində rəsmi səviyyədə gizli diplomatik cəhdlərin olduğunu göstərir, lakin tərəflər arasında etimad böhranının hələ də dərin olaraq qaldığını üzə çıxarır. (Musavat.com)