Türkiyəyə məxsus hərbi təyyarədə həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb
14:03 DünyaGürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C-130 tipli hərbi yük təyyarəsində həlak olan 20 hərbçidən 18-nin nəşi tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze jurnalistlərə açıqlama verib.
Nazirin sözlərinə görə, digər iki hərbçinin nəşinin axtarışları hələ də davam etdirilir. Hadisə yerində xilasedicilər və müvafiq xidmətlər tərəfindən intensiv axtarış-xilasetmə işləri aparılır.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31