Gürcüstanda 2026-cı ilin büdcəsində dövlət qulluqçularının və hüquq-mühafizə orqanlarının maaşları artırılacaq- ÖZƏL
13:33 Dünya2026-cı ilin büdcəsi çərçivəsində həm dövlət qulluqçularının, həm də polis və əsgərlərin maaşlarının 10 faiz artırılması nəzərdə tutulub. Olaylar.az xəbər verir ki, bu barədə maliyyə naziri Lasha Xutsishvili büdcə layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, 2026-cı ildə müdafiə, daxili işlər və təhlükəsizlik xidmətlərinin maliyyələşdirilməsi üçün 3,5 milyard lariyə yaxın vəsait ayrılıb. Həmçinin müdafiə infrastrukturu və imkanlarının inkişafı üçün 445 milyon lari vəsait nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31