Ukrayna hökumətinin formalaşmasına korrupsiyada ittiham olunan iş adamı təsir edib – ÖZƏL
13:00 DünyaUkrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak bildirib ki, korrupsiyada ittiham olunan iş adamı Timur Mindiç və onun şəbəkəsi 2025-ci ilin iyul ayında yeni hökumətin formalaşmasına təsir göstərib. Olaylar.az xəbər verir ki, deputat bu məlumatı öz Telegram kanalında paylaşaraq, qrup üzvlərinin dinləmə materiallarının məhkəməyə təqdim edildiyini qeyd edib.
Jeleznyakın açıqlamasına görə, qrup üzvləri hökumətdə hansı şəxslərin hansı vəzifələrə gətiriləcəyini müzakirə ediblər. Belə ki, onlar sabiq ABŞ səfiri Oksana Markarovanın və enerji naziri postuna namizədlərin dəyişdirilməsini müzakirə ediblər. Qrupun müzakirələrində sabiq baş nazir, hazırda müdafiə naziri olan Denis Şmyqalın bəzi vəzifələrdən imtina etdiyi qeyd edilib.
Xəbərlərdə vurğulanır ki, enerji naziri vəzifəsinə nəhayət Svetlana Qrinçuk təyin olunub. Ukrayna KİV-ləri onun sabiq enerji naziri, hazırda ədliyyə naziri olan Herman Qaluşçenkonun həyat yoldaşı olduğunu yazır. Məlumatlara görə, Qrinçuk vasitəsilə Qaluşçenko və Mindiç enerji nazirliyinə təsirlərini davam etdiriblər. Bu açıqlamalar Ukrayna hökumətində korrupsiya və şəxsi maraqların təsiri məsələsini yenidən gündəmə gətirib.