Zaporojjya vilayətində Ukrayna ordusu üçün fəlakət təhlükəsi- ÖZƏL
11:53 DünyaUkraynalı hərbi bloger Bohdan Miroşnikov bildirib ki, Zaporojjya vilayətinin Kiyevin nəzarətində olan hissəsində, Hulyaipole şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti fəlakət həddinə yaxınlaşır. Olaylar.az xəbər verir ki, Miroşnikovun sözlərinə görə, yaxın gələcəkdə Rusiya qoşunları bir neçə əlavə yaşayış məntəqəsinə və sonra Zaporojjya şəhərinin cənub ərazilərinə yol açacaq ki, bu da Ukrayna ordusu üçün "əsl fəlakət" olacaq.
Ukrayna Baş Qərargahı da bu istiqamətdə vəziyyətin "əhəmiyyətli dərəcədə pisləşdiyini" bildirib.
Qeyd edək ki, 11 noyabr tarixində Rusiya Müdafiə Nazirliyi Zaporojjya vilayətində Novouspenovka kəndinin azad olunduğunu açıqlayıb. Hərbi ekspert Andrey Maroçko bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrinin operativ-taktiki vəziyyətini daha da çətinləşdirir. Yerli deputat Maksim Zubarev isə Novouspenovkanın azad olunmasının Hulyaipole şəhərinin mühasirəyə alınmasına yaxınlaşdığını qeyd edib.