Polşa Aİ miqrasiya paktı çərçivəsində miqrant qəbul etməyəcək- ÖZƏL

Polşa Aİ miqrasiya paktı çərçivəsində miqrantları qəbul etməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri Donald Tusk açıqlama verib. "Polşa Aİ miqrasiya paktı çərçivəsində miqrantları qəbul etməyəcək. Dediyim kimi, bu artıq qərarlaşdırılıb. Biz söz yox, əməl edirik", - deyə Tusk bildirib. O həmçinin vurğulayıb ki, ölkə miqrantların qəbulundan imtina etdiyinə görə heç bir ödəniş etməyəcək. Qeyd edək ki, bu qərarı ölkə prezidenti Karol Navrotski də təsdiqləyib.
Xatırladaq ki, 11 noyabr tarixində Avropa Komissiyası Polşa, Bolqarıstan, Çexiya, Estoniya, Xorvatiya və Avstriyanın 2026-cı ildə miqrantların qəbulundan qismən və ya tam imtina etmək üçün müraciət edə biləcəyini açıqlayıb. Bu ölkələrin miqrasiya təzyiqi ilə üzləşdiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31