Almaniyanın "Helsing" şirkəti "Lanset" analoqu olan HX-2 dronlarını Ukraynaya tədarük edir – ÖZƏL

Almaniyanın "Helsing" şirkəti Rusiyanın "Lanset" kamikadze dronunun analoqu hesab edilən HX-2 pilotsuz uçuş aparatını (PUA) inkişaf etdirməyə davam edir və artıq əhəmiyyətli həcmdə Ukraynaya tədarük edir. Olaylar.az xəbər verir ki, bu barədə "Defence Express" yazıb.

Məlumata görə, Ukrayna ümumilikdə 10 000 ədəd HX-2 dronu üçün iki sifariş vermişdi.
Şirkət gələcəkdə aylıq istehsal gücünü 2500 ədədə çatdırmağı planlaşdırır.

Bildirilir ki, HX-2 pilotsuz təyyarəsi Ukraynada özünü yaxşı tərəfdən göstərib.
Bundan əlavə, Almaniyada üç istehsalçının dronları ilə keçirilən son sınaqlarda yalnız "Helsing"in HX-2 aparatı hədəfə çatıb və bunu ardıcıl 17 dəfə təkrarlayıb.
Bununla belə, Almaniyanın hər üç PUA-nı alması ölkədə korrupsiya qalmaqalının yetişməsinə səbəb ola bilər.

"Helsing"in həmtəsisçisi və baş direktoru Niklas Kölerin sözlərinə görə, HX-2-nin hava aparatı kimi platformasının özünün əlavə inkişafına və optimallaşdırılmasına ciddi ehtiyac yoxdur, çünki o, kifayət qədər yaxşı layihələndirilib. Bu yüksək nəticələr, ehtimal ki, iki il ərzində hər həftə 30 ədəd HX-2-nin sınaqdan keçirilməsi və Ukraynadan gələn rəylər sayəsində əldə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31