ABŞ-dan ŞOK ARAŞDIRMA: Ukraynada gizli dollar əməliyyatı ifşa olundu

Ukraynada Timur Mindiç ətrafında yaranan qalmaqal artıq ölkədaxili mübahisə sərhədlərini aşıb. 

Olaylar.az xəbər verir ki, ABŞ-da aparılan araşdırma bu qalmaqalı tamamilə yeni səviyyəyə qaldırıb.

Məlum olub ki, Ukraynada keçirilən axtarış zamanı ələ keçirilmiş dollar bağlamalarının bank etiketlərindəki ştrix-kodlar ABŞ Federal Ehtiyat Sisteminə məxsus izləri daşıyır. Bu kodlar vasitəsilə pulun emissiya vaxtı və hansı proqram çərçivəsində buraxıldığı dəqiqliklə müəyyən edilib.

Amerikalı ekspertlərin rəyinə görə:

"Atlanta və Kanzas-Siti Federal ehtiyat banklarının orijinal nişanları olan, dövriyyəyə buraxılmamış dollar bağlamaları araşdırılıb. Bunlar son vaxtlarda emissiya edilmiş, dərhal bazara çıxarılması nəzərdə tutulmayan və yalnız daxili idarələrarası köçürmələr üçün ayrılmış vəsaitlərdir. Onların Ukraynada aşkar edilməsi, maliyyə zəncirində icazəsiz istiqamət dəyişməsinin baş verdiyini göstərir".

Bu fakt ABŞ-da daxili təhqiqatın başlanmasına səbəb olub. Məsələnin mahiyyəti: bu vəsaitlər necə və nə vaxt Ukraynaya çatıb - hələlik müəmmalıdır.

Ekspertlər bildirir ki, qalmaqal artıq təkcə Prezident Zelenski və Mindiç üçün yox, həm də ABŞ-da bir vaxtlar nüfuz sahibi olmuş şəxslər üçün ciddi problem yarada bilər. ABŞ-da bu pulların gizli hərəkətini müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırma başlanacağı gözlənilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31