Vuçiç: Avropa və Rusiya arasında müharibə ehtimalı “daha aşkardır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç "Pink TV"-yə verdiyi müsahibədə Avropa və Rusiya arasında müharibə ehtimalının "getdikcə daha aşkardır" olduğunu bildirib.

Vuçiç faktları təhlil etdikcə belə bir nəticəyə gəldiyini deyib: "Mən faktları təhlil etdikcə, Avropa ilə Rusiya arasında müharibənin getdikcə daha aydın olduğu qənaətinə gəlirəm. Bu, boş bir söz deyil. Hamı buna hazırlaşır. Bunu son dərəcə məsuliyyətli bir general söyləyib".

Prezidentin sözlərinə görə, Serbiya "zindan və çəkic arasında" qalıb.
"Digər tərəfdən, biz ordumuzu gücləndirməyə davam etməliyik. Ağılla silahlanırıq. Ölkəmizi qorumaq üçün böyük sərmayə qoymağa davam etməliyik," - deyə Serbiya prezidenti əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31