“Gürcü xalqı vizasız rejimi itirməməlidir” – Şaraşidze – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gaxariya Gürcüstan üçün" partiyasının deputatı Georgi Şaraşidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

Deputat bildirib ki, AŞPA nümayəndələrinə Gürcüstandakı mövcud siyasi vəziyyət barədə ətraflı məlumat təqdim olunub:
"Biz onlara həm siyasi vəziyyət, həm də boykot məsələsi ilə bağlı mövqeyimizi çatdırdıq. Qeyd etdik ki, parlamentin və bələdiyyə seçkilərinin boykot edilməsi səhv idi və bu, yalnız müxalifətə zərər vurdu," - deyə Şaraşidze vurğulayıb.

O həmçinin qeyd edib ki, görüşdə 4 oktyabr hadisəsi - "təxribat" mövzusu da müzakirə olunub:
"Delegasiya qiymətləndirmə aparmadı, məqsədlərinin yalnız məlumat toplamaq və təhlil etmək olduğunu bildirdilər. Onların mövqeyi Avropa Şurasına təqdim ediləcək hesabatda açıqlanacaq," - deputat əlavə edib.

Şaraşidze həmçinin bəyan edib ki, Gürcüstan vətəndaşları üçün vizasız rejim qorunmalıdır:
"Bu, yalnız Gürcü xalqının nailiyyətidir və "Gürcü Arzusu" rejiminin cinayətlərinə baxmayaraq, vizasız rejim ləğv edilməməlidir. Biz Avropa ideyasının qorunması uğrunda bütün platformalarda mübarizə aparmağa hazırıq," - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31