Zaxarovadan sensasion açıqlama: “Ermənistanda Rusiya ilə əməkdaşlıq istəyənlər təqib olunur!”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistana qarşı "hibrid müharibə" aparıldığı barədə səslənən iddialara münasibət bildirib.

Musavat.com xəbər verir ki, Zaxarova bu bəyanatların Rusiyayla münasibətlərin inkişafını dəstəkləyən şəxslərin təzyiqlərə məruz qaldığı bir vaxtda səsləndiyini bildirib.

"Ermənistana qarşı 'hibrid müharibə' barədə bəyanatlar ölkədə Rusiyayla əlaqələrin inkişafını istəyən qüvvələrin təqib olunduğu şəraitdə səslənir. Bu, son illərdə digər ölkələrdə - məsələn, Moldovada tətbiq edilən ssenarilərə bənzəyir", - deyə diplomat vurğulayıb.

Zaxarova əlavə edib ki, Rusiya Ermənistanın ikitərəfli münasibətlər sahəsindəki narahatlıqlarını müxtəlif formatlarda müzakirə etməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31