Nikola Sarkozi azadlığa buraxıldı – YENİLƏNİB

Fransanın sabiq prezidenti Nikola Sarkozi vaxtından əvvəl azadlığa buraxılıb. O, Parisdəki Sante həbsxanasından buraxıldıqdan sonra evinə gəlib.

Globalinfo.az xəbər verir ki, evdə Sarkozini ailə üzvləri ilə və tərəfdarları qarşılayıb.

Xatırladaq ki, Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya hökuməti tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı araşdırmadan sonra oktyabrın 21-də Sante həbsxanasına salınıb. Siyasətçi qeyd olunan ittihamla özünü təqsirli bilməyib.

Azadlığa buraxılan Sarkoziyə Fransanı tərk etmək qadağan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31