Sarkozini həbsdən çıxara bilərlər: Prokurorluq şərti azadlığa buraxılmasını tələb etdi

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin yaxın günlərdə həbsdən azad edilə biləcəyi ehtimal olunur.

BFMTV-nin məlumatına görə, Paris Apellyasiya Məhkəməsində keçirilən dinləmələr zamanı prokurorluq Sarkozinin həbsxanadan çıxarılaraq məhkəmə nəzarətinə verilməsini təklif edib.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında məhkəmə Sakozini 2007-ci il seçki kampaniyasını Liviyanın vəsaiti ilə qanunsuz maliyyələşdirməkdə təqsirli bilmiş və ona 5 il müddətinə azadlıqdan məhrumetmə, həmçinin 100 min avro cərimə və 5 il dövlət vəzifəsi tutma qadağası tətbiq etmişdi. Hal-hazırda eks-prezident Parisin La-Sante həbsxanasında saxlanılır.

İndi isə prokurorluğun mövqeyi dəyişib: onlar hesab edirlər ki, Sarkozini həbsdə saxlamaq məcburi deyil və o, şəhərdən çıxmamaq, müntəzəm məhkəmə nəzarəti və digər məhdudiyyətlərlə azad oluna bilər.

Apellyasiya məhkəməsinin qərarı yaxın günlərdə elan olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31