Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində!
11:59 DünyaKanadanın Ontario əyalətində yerləşən və dünyanın ən məşhur təbiət möcüzələrindən biri sayılan Niaqara şəlaləsi 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla işıqlandırılıb.
Bu barədə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Qeyd edək ki, şəlalənin işıqlandırılması zamanı Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31