"Onlar bizi məcbur edir, ancaq biz bunu etməyəcəyik"
13:32 DünyaMoskva, Avropa Birliyinin vizalarla bağlı təzyiqlərinə boyun əyməyəcəyini və milli maraqlarına zidd qərarlar verməyəcəyini açıqlayıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şengen vizaları ilə bağlı məhdudiyyətlərə münasibət bildirərkən danışıb.
Zaxarovanın sözlərinə görə, Avropa Birliyinin qəbul etdiyi bəzi qərarlar Rusiyanı cavab addımları atmağa, bəzən də güzgü prinsipi ilə hərəkət etməyə sövq etməyə hesablanıb:
"Bu cür addımların məqsədi bizi reaksiya verməyə vadar etməkdir. Lakin biz elə qərarlar qəbul etməyəcəyik ki, nəticədə özümüzə zərər vuraq. Avropa Birliyi belə bir şeyin baş verəcəyini gözləməsin. Əlbəttə, cavab tədbirləri olacaq, amma onlar yalnız milli maraqlarımız nəzərə alınmaqla həyata keçiriləcək."
Diplomat əlavə edib ki, Qərbin bir çox addımları əslində Rusiya ictimaiyyətinin reaksiyasını ölçmək üçün "sınaq addımları" xarakteri daşıyır.